
Bu gün Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Portuqaliya ilə oyun öncəsi mətbuat konfransı keçirib.
Trend-in məlumatına görə, Foqts bildirib ki, köməkçisi Yansen İsrail-Portuqaliya oyununu izləyib. Azərbaycan millisinin hazırlığından razı qaldığını deyən almaniyalı çalışdırıcı bilirib ki, martın 26-da Azərbaycanı Portuqaliya ilə çətin oyun gözləyir.
"Bizi sabah dünyanın ən güclü yığmalarından biri gözləyir. Vaqif Cavadovun zədəsi olduğuna görə heyətdə olmayacaq", deyə Foqts qeyd edib.
"Portuqaliya yığmasında itkilər lehimizə olacaqmı?" sualına cavabında isə Foqts deyib ki, Ronaldo, Naninin oynamamağı işimizi çətinləşdirir.
"Çünki hər ikisi oynayanda, diqqət onlara olacaqdı. Bu dəfə 11 nəfərin hamısı diqqət mərkəzində olacaq", deyə almaniyalı çalışdırıcı bildirib.
Qaynar.info