Xəbər lenti

Foqtsun köməkçisi qovuldu
İdman10:37 14.05.2014

Foqtsun köməkçisi qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli komandamızın baş məşqçisi Berti Foqtsun sabiq köməkçisi Olaf Yansen istefaya göndərilib. 
Fanat.az xəbər verir ki, alman mütəxəssis Almaniyanın II Bundesliqasında çıxış edən "Dinamo"dan kənarlaşdırılıb.
Drezden klubu son turda "Arminiya"ya 2:3 hesablı məğlub olub və II Bundesliqada qalmaq üçün pley-off oyunları keçirmək şansını itirib. Klub rəhbərliyi III Bundesliqaya yuvarlanan komandanın baş məşqçisini istefaya göndərib. Bu barədə "Dinamo"nun rəsmi saytı məlumat yayıb.
Qaynar.info