Xəbər lenti

"Forbes" 2021-ci ildə ən çox qazanan futbolçuların adını açıqladı
İdman14:46 29.12.2021

"Forbes" 2021-ci ildə ən çox qazanan futbolçuların adını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Forbes" jurnalı 2021-ci ilin ən çox qazanan idmançılarını müəyyən edib.
Qaynarinfo xəbər verir ki,  Siyahıda 50 idmançı olsa da, onlardan yalnız 8-i futbolçudur. Araşdırmalara görə həmin 50 idmançının gəliri keçən illə müqayisədə 16% artaraq bütün zamanların ən yüksək səviyyəsinə təxminən 2,8 milyard dollara çatıb.
"Bavariya"nın hücumçusu Robert Levandovski 34 milyon dollar gəlirlə siyahıda 48-ci yerdə qərarlaşıb. Onun futboldan əldə etdiyi gəlir 27 milyon dollar olduğu halda, meydandan kənar müqavilələrdən 7 milyon dollar qazanıb.
 
2018-ci ildə "Barselona"dan ayrılan Andres İnyesta karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirir. İniesta da 2021-ci ildə Levandovski ilə eyni gəliri bölüşür və siyahıda 48-ci yerdədir. 2021-ci ildə 34 milyon dollar qazanan ispan futbolçu gəlirinin 4 milyon dollarını kənar müqavilələrdən əldə edib.
"Mançester Yunayted”in ulduzu Pol Poqba 2021-ci ildəki 35,5 milyon dollar gəlirlə siyahının 43-cü pilləsində qərarlaşıb. Poqba bu gəlirinin 7 milyon dollarını kənar müqavilələrdən əldə edib.
"Liverpul"un misirli ulduzu Mohamed Salah 2021-ci ilin ən çox qazanan idmançıları siyahısında 36-cı yerdədir. 37,5 milyon dollar gəlir əldə edən hücumçu futboldan 22,5, reklam müqavilələrindən isə 15 milyon dollar qazanıb.
PSJ-nin ulduzu və Avropanın gənc istedadı Kilian Mbappe 2021-ci ildə 40 milyon dollar gəlirlə siyahıda 31-ci yerdə qərarlaşıb. Mbappe bu gəlirin 26 milyon dollarını meydanda, qalanını isə kənar anlaşmalardan qazanıb.
Neymar 2021-ci ildə qazandığı 95 milyon dollar gəlirlə siyahıda 6-cı yerdədir. Braziliyalı ulduzun gəlirinin 76 milyon dolları meydanda, 19 milyon dolları isə kənardan gəlib.
Yay transfer pəncərəsində keçmiş klubu "Mançester Yunayted"ə qayıdan Kriştiano Ronaldo siyahının 3-cü pilləsində qərarlaşıb. Portuqaliyalı ulduz 2021-ci ildə 120 milyon dollar gəlir əldə edib. Bu gəlirlərin 70 milyonu futboldan, 50 milyon dolları isə reklam müqavilələrindən gəlib.
2021-ci ilin ən çox qazanan idmançıları siyahısında 2-ci yerdə olan Lionel Messi 130 milyon dollar qazanıb. Argentinalı ulduz gəlirinin 97 milyon dollarını meydanda, 33 milyon dollarını isə meydandan kənarda əldə edib.
Səbuhi Həsənov