Xəbər lenti

"Formula 1": 2024-cü ildəki Azərbaycan Qran-prisinin vaxtı açıqlandı
İdman13:47 05.07.2023

"Formula 1": 2024-cü ildəki Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Formula 1" üzrə 2024-cü il Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb.
Qaynarinfo yarışın rəsmi saytına istinadən xəbər verir ki, Bakının ev sahibliyi edəcəyi Qran-pri 13-15 sentyabrda təşkil olunacaq.
Ümumilikdə 24 yarışın baş tutacağı mövsümə fevralın 29-da Bəhreyn Qran-prisi ilə start veriləcək. İlin son yarışı isə 6-8 dekabrda Əbu-Dabidə olacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi ilk dəfə sentyabra təsadüf edəcək.