Xəbər lenti

"Formula 1" komandasının rəhbəri vəzifəsindən getdi
İdman10:30 07.01.2022

"Formula 1" komandasının rəhbəri vəzifəsindən getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Formula 1" komandası "Aston Martin" Otmar Szafnauerin vəzifəsini tərk etdiyini açıqlayıb. 
 
Qaynarinfo xəbər verir ki, "Aston Martin"dən verilən açıqlamada 12 ildir birlikdə çalışdıqları komandanın rəhbəri Szafnauerlə yolların ayrıldığı bildirilib və ona təşəkkür edilib. 
Açıqlamada, həmçinin yeni komanda strukturu haqda düşünüldüyü və hazırda yeganə diqqətin 2022-ci il üçün ən rəqabətli avtomobili hazırlamaq olduğu bildirilib.
"Aston Martin"dəki işindən ayrılan Otmar Szafnauer başqa bir "Formula 1" komandası "Alpine"yə keçəcəyi ilə bağlı deyilənləri təkzib edib və deyilənlərin sadəcə, fərziyyə olduğunu bildirib.
Maks Verstappenin çempionluğu ilə başa çatan 2021-ci il mövsümündə pilotları Sebastian Fettel və Lans Stroll ilə mübarizə aparan "Aston Martin" komandası ötən il yarışı 77 xalla yeddinci yerdə başa vurub.
Səbuhi Həsənov