Xəbər lenti

Formula 1 pilotu Hemiltonun yerini alacaq? - Özü açıqladı
İdman 11:09 28.04.2023

Formula 1 pilotu Hemiltonun yerini alacaq? - Özü açıqladı

Formula 1-də mövsümün dördüncü yarışı ölkəmizdə keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, paytaxt Bakıda, 6 kilometrlik Bakı Şəhər Trekində keçiriləcək yarış 51 dövrədən ibarət olacaq. Bugünkü seçmə və sabahkı sprint yarışlarından sonra əsas mərhələ bazar günü saat 14:00-da başlayacaq.

Yarışdan əvvəl "Ferrari" sürücüsü Şarl Lekler açıqlama verib. "Ferrari"dən ayrılaraq "Mercedes"ə keçəcəyi ilə bağlı sualları cavablandıran Lekler komandada qalacağını və xoşbəxt olduğunu bildirib:
 
"Hazırda bütün diqqətimi komandanın layihəsinə yönəltmişəm və "Ferrari"dəyəm. Komandama tam güvənirəm. Mən əminəm və gələcəkdə nə olacağını görəcəyik. "Ferrari"nin layihəsinə tamamilə güvənirəm".

Azərbaycan Qran Prisi öncəsi təsnifatda ilk 5 pillədə aşağıdakı pilotlar yer alıb:

1. Maks Verstappen (Niderland): 69 xal
2. Serxio Peres (Meksika): 54
3. Fernando Alonso (İspaniya): 45
4. Luis Hemilton (Böyük Britaniya): 38
5. Karlos Sayns (İspaniya): 20
Lance Stroll (Kanada): 20

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->