"Formula 1"də "Aston Martin" komandasının sürücüsü Sebastyan Fettel Bəhreyndə keçirilən sınaq yarışları zamanı müharibə ilə əlaqədar Ukrayna bayrağının rənglərindən hazırlanmış dəbilqə, sülhü simvolizə edən nişanlar və "müharibə qadağandır” yazısı taxıb.
Qaynarinfo xəbər verir ki, dəbilqənin üzərində "Imagine by John Lennon” mahnısının sözləri, aşağı hissəsində isə ölkələrin bayraqları olub. Bu bayraqlardan biri də Şimali Kipr Türk Cümhuriyyətinin bayrağı idi.
Lakin Cənubi Kipr Avtomobil Assosiasiyası alman sürücüdən FİA-ya şikayət edib. Onlar bayrağın aradan qaldırılması ilə yanaşı Fettel və "Aston Martin" komandasının cəzalandırılmasını tələb edib.
Bu şikayətdən sonra Fettel baş geyimindən Şimali Kipr Türk Respublikasının bayrağını çıxarıb.