Xəbər lenti

İdman 13:15 29.04.2023

"Formula 1": Sprint yarışının təsnifat mərhələsində lider dəyişib (YENİLƏNİB)

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsində ikinci sessiya başa çatıb. 

Qaynarinfo xəbər verir ki, "Red Bull"dan Maks Ferstappen liderliyi ələ keçirib.

Bu dəfə "McLaren"dən Oskar Piastri, "Haas"dan Niko Hulkenberq, "Alpin"dən Esteban Okon və Hulkenberqin komanda yoldaşı Kevin Maqnussen yarışdan kənarda qalıblar.

12.48
 
"Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsində ilk sessiya başa çatıb. 

Qaynarinfo xəbər verir ki, "Ferrari"dən Şarl Lekler hələlik liderdir. 

Monakolu pilot ötən gün sıralama turunda da ilk pillədə qərarlaşmışdı. 

"Williams"dan Loqan Sarjent qəza törətdiyi üçün yarışdan kənarda qalıb. 

12.33

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışının təsnifat mərhələsi başlayıb.

Qaynarinfo xəbər verir ki, 12:30-da start götürən "Sprint shootout" üç sessiyadan ibarət olacaq.

Mübarizənin təxminən bir saat davam edəcəyi gözlənilir.

Qeyd edək ki, "Formula 1"də əsas sprint yarışı saat 17:30-da başlayacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->