Xəbər lenti

Formula-1 yarışları Ağdama köçürülsün - İqtisadçı ekspertdən təklif
Ölkə07:39 06.06.2022

Formula-1 yarışları Ağdama köçürülsün - İqtisadçı ekspertdən təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var. Belə addımlardan biri "Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər. Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar”.
Qaynarinfo xəbər verir ki, belə bir təkliflə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. Onun fikirincə, bu, həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm də iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı:
"Bundan əlavə, Bakının yükü azalar, şəhər əhalisinin Formula-1 çiləsinə son verilərdi. Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı”.
Natiq Cəfərli bildirib ki, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq:
"Ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı, ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik”.
Bahar