Xəbər lenti

İdman 11:53 15.09.2024

"Formula 2": Bakıdakı yarışda zəncirvari qəza baş verdi

Bakıda keçirilən "Formula 2" üzrrə Azərbaycan Qran-prisində zəncirvari qəza olub.

"Report"un məlumatına görə, əsas yarışın startında beş bolid bir-birinə çırpılıb.

Onlardan bir neçəsi isə dağılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb və qısa fasilə yaranıb. Pilotlardan heç biri xəsarət almayıb.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da başlayacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->