Xəbər lenti

Fransa çempionatında yeni qayda tətbiq olundu
İdman07:49 25.11.2023

Fransa çempionatında yeni qayda tətbiq olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa birinci liqasında yeni qayda tətbiq olunub.

Qaynarinfo-nun məlumatına görə, yeni qərara əsasən, hər həftə bombardirlərin yarışında birinci olan futbolçunun formasının üzərinə "Ən yaxşı bombardir” ("Top scorer") loqosu yapıdırılacaq. Formasına bu loqo yapışdırılan ilk futbolçu isə 13 qolla zirvədə yer alan PSJ-nin ulduzu Kilian Mbappe olub. 

Tətbiqin ilk nümunəsi liqanın 13-cü turunda həyata keçirilib. PSJ doğma meydanda "Monako"nu qəbul edib. "Ən yaxşı bombardir" loqosu liqanın bombardiri yarışının zirvəsində olan Kilian Mbappenin forması üzərində çap olunub.

PSJ-nin "Monako"ya 5:2 hesabı ilə qalib gəldiyi görüşdə meydan sahiblərinin heyətində Ramos, Mbappe, Dembele, Vitinya və Kolo Muani fərqlənib. "Monako"nun qollarını isə Minamino və Baloqun vurub. 

PSJ-nin 30, "Monako"nun isə 24 xalı var.
Səbuhi Həsənov