Xəbər lenti

Fransa klubunda yeni baş məşqçi
İdman13:30 04.01.2022

Fransa klubunda yeni baş məşqçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Monako" yeni ilin ilk günündə istefaya göndərilən Niko Kovaçın əvəzləyicisini tapıb.
Qaynarinfo xəbər verir ki, komandanın yeni baş məşqçisi 47 yaşlı Filip Klement olacaq. Bu haqda klubdan açıqlama verilib. Görə, belçikalı məşqçi ilə 2023-24 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Məşqçilik karyerasına 2017-ci ildə başlayan Klement son 3 mövsümdə ölkəsində "Genk" və "Brügge"də çalışıb. O, son 3 ildə 3 dəfə liqa çempionu olub.
Səbuhi Həsənov