Xəbər lenti

İdman 11:31 08.01.2024

Fransa mətbuatı: Mbappe "Real"ın şərtlərini qəbul etdi

Kilyan Mbappe gələn yay "Real"a transfer olunacaq.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Fransanın məşhur "Foot Mercato” nəşri yazıb. Nəşrdə yer alan xəbərdə Mbappenin gələn yay "Real"a transfer olunması üçün sözügedən klub rəhbərliyi ilə razılığa gəlib. Futbolçu Madrid təmsilçisində oynamaq üçün bütün şərtlərlə razılaşıb. 

Hücumçunun gələcəyi son bir neçə ildə qeyri-müəyyən olaraq qalır. Mövsümün əvvəlində müqaviləni uzatmayacağını kluba bildirən 25 yaşlı futbolçunun "Real"a transferi daha əvvəl də baş verə bilərdi. Lakin fransalı hücumçu PSJ ilə sərfəli müqavilə imzalamaqla Madrid xəyallarını təxirə saldı. İndi isə o, arzularını həyata keçirməyə çalışır.

PSJ-nin ulduzu gələn yay İspaniyaya köçməyə hazırlaşsa da, hazırda aparıcı üzvü olduğu Paris komandasını Çempionlar Liqasında növbəti mərhələyə çıxarmaq niyyətindədir.  PSJ 1/8 final mərhələsində fevralın 14-də "Real Sosyedad"la qarşılaşacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->