Fransa mətbuatı Marko Verrattinin Qatar təmsilçisi "Al-Arabi"yə təəccüblü transferinin səbəbləri haqda iddia irəli sürüb.
Qaynarinfo-nun məlumatına görə, 19 yaşında transfer olunduğu PSJ-dən ayrılan və karyerasını Qətərdə davam etdirəcək yarımmüdafiəçinin gedişi ilə bağlı müəmma üzə çıxıb. Ərəb klubunda ildə 35 milyon avro qazanacaq italyan futbolçu üçün PSJ-nin 50 milyon avro qazanacağı bildirilsə də, fransızları onu satmağa sövq edən amilin məhz həyatındakı müəyyən nizamsızlıqlar olduğu bildirilib. Futbolçunun məşqlərə artıq çəki ilə gəlməsinin bunda önəmli rol oynadığı və baş məşqçi Luis Enrikenin belə durumu qəbul etmədiyi önə sürülüb.
Bu transferdən sonra Vitinya, Varren Zair-Emeri, Manuel Uqarte, Fabian Ruiz və Çer Ndour Verrattini yarımmüdafiədə əvəz etməyə çalışan adlar arasındadır. Lakin PSJ-nin liqaya zəif başlaması bu qərarın düzgünlüyünün şübhə altına alındığı bildirilir.
İtaliya millisi ilə də Avropa çempionluğu yaşayan Veratti karyerası ərzində heç vaxt A Seriyasında oynamayıb.
Səbuhi Həsənov
Şərhlər