İdman 12:01 03.02.2023

Fransa millisinin yeni kapitanı müəyyənləşdi

Fransa millisinin yeni kapitanı bəlli olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun"da yer alan məlumatda bildirilib. Təcrübəli qapıçı Huqo Llorisin Fransa millisinindən ayrılmasından sonra Kilian Mbappe komandanın yeni kapitanı təyin edilib.

Lloris və Rafael Varanın milli karyerasını bitirdikdən sonra Mbappenin kapitanlığa ən uyğun futbolçu olduğuna qərar verilib. Təcrübəli 36 yaşlı hücumçu Olivye Jirunun da tezliklə milli karyerasını bitirəcəyi gözlənildiyi üçün ona üstünlük verilməyəcək.

PSJ-nin ulduzu Rusiya və Qətərdə keçirilən dünya çempionatında göstərdiyi performansla diqqət çəkməyi bacarıb. Gənc yaşına baxmayaraq, Fransa millisinin heyətində 66 oyun keçirən 24 yaşlı futbolçu 36 qola imza atıb.

Mbappe Qətər 2022-də "Qızıl buts"u qazanıb.

Səbuhi Həsənov