
Fransanın RMK radiosu (Radio Monte-Karlo) Mərakeş yığmasının və Fransanın "Nitsa” klubunun futbolçusu Yunes Belandadan üzr istəyib.
Qaynarinfo.Az xəbər verir ki, "RMK Sport"da idman jurnalisti Daniel Riolo Belandanın transferinin böyük yanlış olduğunu, onun futbol oynamaqdan çox, ibadət etdiyini bildirmişdi.
Fransa doğumlu Belanda isə italyanmənşəli Daniel Riolonun cavabını belə vermişdi: "Haqqımda danışırlar ki, mən olduqca çox ibadət edirəm. Nə olsun? Mən müsəlmanam, ancaq terrorist deyiləm. Həqiqətən də İslam dininə sitayiş edirəm. Ancaq bunun futbola nə dəxli var?"

Bu açıqlamalardan sonra radio 26 yaşlı futbolçudan və "Nitsa" klubundan üzr istəyib. Radionun bu addımı atmasına səbəb dini ayrı-seçkiliyə yol verməsi olub.
Xatırladaq ki, Yunes Belanda vaxtı ilə Kiyev "Dinamo"sunda çıxış edib.
Qaynarinfo.Az