PSJ və "Monako” komandaları Fransa Super Kuboku uğrunda görüşdə üz-üzə gəliblər.
Qaynarinfo xəbər verir ki, qarşılaşma Qətərin paytaxtı Doha şəhərində baş tutub.
Görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, oyunda yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.
Bununla da PSJ 13-cü dəfə Fransa Super Jubokunun qalibi olub. Bu, turnirin yeni rekordudur. Bu göstəricidə ən yaxın təqibçi 8 titul sahibi olan "Lion”dur.
Şərhlər