Futbol üzrə Fransa milli komandası Rusiyada keçirilən dünya çempionatından sonra vətənə qayıdıb.
Qaynarinfo xəbər verir ki,, Fransa millisinin məşqçilərini və oyunçularını paytaxt Parisdə minlərlə insan qarşılayıb. DÇ-2018-in qalibi olan komanda çempionluq paradı təşkil edib.
Baha bir maralı fakt. Bu arada məlum olub ki, Fransa yığmasının qələbə qazanması şərəfinə Paris metrosunun 6 stansiyasının adı dəyişdirilib.
Didye Deşamın rəhbərlik etdiyi komandanı Yelisey çölündə geniş bayram tədbirləri gözləyir. Bu tədbirlərə yüz minlərlə azarkeşin qatılacağı gözlənilir.
Çempionları Fransa prezidenti Emanuel Makron da qəbul edəcək: komandanın üzvləri Fəxri legion ordenləri ilə təltif ediləcəklər.