Xəbər lenti

Fransada azarkeşlər baş məşqçini qana boyadı (FOTO/VİDEO)
İdman08:41 30.10.2023

Fransada azarkeşlər baş məşqçini qana boyadı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa çempionatında baş tutan "Marsel" - "Lion" matçından əvvəl xoşagəlməz hadisələr yaşanıb. 
Qaynarinfo-nun məlumatına görə, bu barədə Fransa mətbuatında xəbərlər yer alıb. "Lion"un "Marsel"lə səfər matçı üçün stadiona hərəkət edən avtobusu bəzi azarkeşlərin hücumuna məruz qalıb, daşqalaq edilib. Hücum zamanı avtobusun şüşələri sındırılıb. Bununla yanaşı "Lion"un baş məşqçisi Fabio Qrosso və onun köməkçisi Raffaele Lonqo yaralanıb. 
Həmin görüntülər sosial şəbəkələrdə yayımlanıb.
        Marseille fans attacking the Lyon team bus this evening.
Səbuhi Həsənov