Xəbər lenti

Fransada çempion olmuş klub nümayəndələrini Bakıya göndərir
İdman10:01 28.04.2016

Fransada çempion olmuş klub nümayəndələrini Bakıya göndərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin oyunlarını Avropanın tanınmış klublarının skautlarının izləyəcəyi barədə xəbər vermişdik.

Qaynarinfo.az xəbər verir ki, daha 6 klubun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.

Bunlar PSJ (Fransa), "Bornmut" (İngiltərə), PSV (Hollandiya), "Borussiya" (Mönxenqladbax, Almaniya), "Hamburq" (Almaniya") və "Olimpik" (Marsel, Fransa) klublarıdır.

Qeyd edək ki, bundan əvvəl “Mançester Siti”, “Arsenal”, “Mançester Yunayted”, “Midlsbro” (hamısı İngiltərə), “Sevilya” (İspaniya), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Portu”, “Benfika” (hər ikisi Portuqaliya) və “Red Bull” (Avstriya) klubunun nümayəndələrini Bakıya göndərəcəyi məlum olmuşdu. 

Qaynarinfo.az