İdman 12:26 06.09.2022

"Frayburq" - "Qarabağ" oyunu belçikalılara əmanət edildi

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununun təyinatları açıqlanıb.

Qaynarinfo xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Erik Lambrextsə Jo de Veirdt və Matias Hillert laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaq.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.

Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki "Europa-Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.