Xəbər lenti

Fuad Mirələmova yeni vəzifə verildi
Ekonomiks 14:28 19.02.2025

Fuad Mirələmova yeni vəzifə verildi

Milli Məclisin keçmiş deputatı, yazıçı-dramaturq, professor Hüseynbala Mirələmovun oğlu Fuad Mirələmova yeni vəzifə verilib.

1001info.az xəbər verir ki, o, Yasamal Bələdiyyəsinin sədr müavini seçilib.

Bildirilib ki, yanvarın 29-da keçirilən seçkilər nəticəsində formalaşan bələdiyyənin ilk iclası keçirilib. Toplantıda bələdiyyə üzvlərinin siyahısı oxunub və 19 nəfər üzvün iştirakı təsdiqlənib.

Tahir Məmmədov Yasamal Bələdiyyəsinin sədri seçilib. O, bundan əvvəl də həmin vəzifədə çalışıb.

Qeyd edək ki, Fuad Mirələmovun atası Hüseynbala Mirələmov III, IV və V çağırış Milli Məclisin deputatı olub. O, 1992-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, Fuad Mirələmov uzun illər  Daxili İşlər Nazirliyinin Baş İstintaq idarəsində  müstəntiq, baş müstəntiq və xüsusilə mühüm işlər üzrə baş müstəntiq  vəzifələrində çalışıb.İstefada olan polis polkovnik-leytenantıdır və hazırda təqaüddədir.

Keçmiş deputatın övladı Yasamal Bələdiyyəsində hakim Yeni Azərbaycan Partiyasını təmsil edən üzvlərdən biridir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->