Xəbər lenti

Futbol matçında azarkeşlərə pulsuz pivə veriləcək
İdman12:57 01.04.2016

Futbol matçında azarkeşlərə pulsuz pivə veriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin "Lester Siti" klubu "Sauthempton"la aprelin 3-dəki ev matçında azarkeşlərinə pulsuz pivə və şirin çörəklər paylayacaq.

Qaynar.info xəbər verir ki, bu barədə Lester təmsilçisinin "Tvitter" səhifəsində xəbər yerləşdirilib. Səbəb isə həmin oyunun klubun tailandlı sahibi Viçay Srivadhanaprabhanın ad günü ərəfəsində olmasıdır.

Qeyd edək ki, hazırda "Lester" İngiltərə Premyer Liqasında 66 xalla turnir cədvəlinə rəhbərlik edir. Sona 7 tur qalmış "tülkülər" "Tottenhem"i 5 xal qabaqlayır.

Qaynar.info