Xəbər lenti

Futbol üzrə Azərbaycan Kubokunda 14 komanda iştirak edəcək
İdman12:47 20.09.2022

Futbol üzrə Azərbaycan Kubokunda 14 komanda iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunda 2022/2023-cü illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 10 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan "Qaradağ Lökbatan”, MOİK, "Araz Naxçıvan” və "Mingəçevir” mübarizə aparacaq.
Azərbaycan Kubokunun püşkatma mərasimi oktyabrın 19-da AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlayacaq tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
Səbuhi Həsənov