
2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının 32-dən 48-ə yüksəldiləcəyi dəqiqləşib.
Qaynarinfo.Az xəbər verir ki, bununla bağlı FİFA sabah rəsmən qərar verəcək.
Dünya çempionatının yeni formatı isə martda müəyyən ediləcək. Yeni formatda hərəsində 3 komanda olmaqla 16 qrupun təşkil ediləcəyi bildilir. Hər qrupda 2 komandanın növbəti mərhələyə çıxacağı gözlənilir.
Qeyd edək ki, yeni qərardan sonra dünya çempionatında Avropadan 16 yığma iştirak edəcək. Halbuki gələn il Rusiyada keçiriləcək dünya çempionatında Avropadan 14 komanda yarışacaq. Yeni qərar həm də Azərbaycan millisinin dünya çempionatına çıxma şanslarını bir az artırıb.
Qaynarinfo.Az