
Mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatına vəsiqə qazanan ilk komanda müəyyənləşib.
Qaynar.info xəbər verir ki, elit-raundun VIII qrupunda İspaniya, Sloveniya və İsrail yığmalarını qabaqlayaraq I yeri tutan Belçika komandası final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.
Belə ki, Belçika ilə İspaniya dünən qolsuz heç-heçə edib. Hər 2 komandanın xal göstəricisi eyni olduğundan (5 xal), penaltilərə müraciət olunub. Burda belçikalılar daha dəqiqə oynayıb - 4:3.
Qeyd edək ki, bu həm də o deməkdir ki, İspaniya millisinin 17 yaşadək komandasını Bakıda görə bilməyəcəyik.
Qaynar.info