Xəbər lenti

Futbol üzrə məşhur dünya çempionu Bakıya gəlir
İdman12:43 10.03.2016

Futbol üzrə məşhur dünya çempionu Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın "Yuventus" klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqe bu gün Bakıya gələcək.

Qaynar.info xəbər verir ki, ötənlərin məşhur futbolçusunun paytaxtımıza səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən "Yuventus" klubunun "I Gighiti Bianconeri" adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı "Yuventus kamp"la bağlı mətbuat konfransında iştirak etməkdir.

Fan klubun tədbiri sabah Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni "Yuventus" klubunun rəsmi şəxsləri müşayiət edəcək. Fransalı ulduzun həmin gün Hilton otelində keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında da qonaq qismində iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, David Trezeqe 1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı olub.

Qaynar.info