
İngiltərə I liqasının "Milluoll" - "Şeffild Yunayted" oyununda maraqlı hadisə yaşanıb.
Qaynarinfo.Az xəbər verir ki, meydan sahiblərinin azarkeşlərindən birinin oyun zamanı tribunaya düşmüş topu xatirə olaraq götürmək istəməsi ona baha başa gəlib. Belə ki, 40 yaşlı azarkeş topla birlikdə stadionu tərk edərkən, polis tərəfindən saxlanılaraq, həbs edilib.
Klub isə polisin bu hərəkətini qanunauyğun sayıb və azarkeşi qəbuledilməz davranışına görə qınayıb. Həmçinin bildirilib ki, həbs olunan şəxs stadiona öz oğlu ilə gəlibmiş. Azarkeşlər isə həbsə görə klubu tənqid ediblər.
Qeyd edək ki, oyun "Milluoll"un 2:1 hesablı qələbəsiylə nəticələnib.
Qaynarinfo.Az