Xəbər lenti

Futbola gedən komanda avtobusu yük maşını ilə toqquşdu
İdman21:12 06.08.2016

Futbola gedən komanda avtobusu yük maşını ilə toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Rumıniya FHN-nin məlumatında bildirilir.    

Məlumata görə, qəza Hunedoara rayonunda baş verib. Yük maşını yol hərəkəti qaydalarını pozaraq, qarşı zolağa çıxıb və avtobusla toqquşub.

Avtobusda qəza zamanı 17-26 yaşlarında 18 gənc olub. Komanda Deva şəhərində keçiriləcəyi planlaşdırılan matça yollanırmış.

Qaynarinfo.Az