AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında ölkə çempionatının XXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Sumqayıt"la oyunun 60-cı dəqiqəsində "Rəvan"ın futbolçusu Orxan Orucov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən futbolçu 4 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimə olunub.
"Rəvan" canını bununşla da qurtara bilməyib. Belə ki, komandanın 5 üzvü sarı vərəqə aldığından klub 500 manat cəriməlinib.
"Neftçi" ilə oyunun 88-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Emin Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə edilib.
"Qəbələ" ilə "Simurq"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimə ödəyəcək.