Xəbər lenti

Futbolçu meydanda polisdən qaçdı - İlginc olay (FOTO/VİDEO)
İdman08:48 07.10.2016

Futbolçu meydanda polisdən qaçdı - İlginc olay (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DÇ-2018in seçmə mərhələsi çərçivəsində Ekvadorla Çili milliləri qarşılaşıb. 3:0 hesabı ilə başa çatan matça İngiltərənin “Everton” klubunda forma geyinən ekvadorlu futbolçu Enner Valensiyanın hərəkəti damğa vurub.

Qaynarinfo.Az xəbər verir ki, keçmiş həyat yoldaşına aliment ödəmədiyi üçün haqqında həbs qərarı çıxarılan Valensiya etdiyi hərəkətlə "Hollivud" filmlərindəki ulduzları kölgədə qoyub. Futbolçu matçdan öncə meydana çıxarkən polis onu həbs etməyə çalışsa da, texniki heyət və oyunçular imkan verməyib. 

Oyuna ilk "11-lik"də başlayan 26 yaşlı futbolçu 82-ci dəqiqədə bir anda yerə yıxılıb. Meydançaya girən həkim briqadası Valensiyaya oksigen maskası taxıb və oyunçu təcili yardım maşını ilə aparılıb. Polis ambulansın arxası ilə gəlsə də, sürətlə gedən təcili yardım maşını ərazidən uzaqlaşıb və beləliklə Valensiya polisdən qaça bilib.

Oyundan sonra açıqlama verən futbolçunun vəkili bildirib ki, həyat yoldaşına 15 min avro aliment borclu olduğundan polislər onu həbs etmək istəyib.

Qaynarinfo.Az