Xəbər lenti

Futbolçu oyun zamanı dünyasını dəyişdi
İdman15:00 27.12.2021

Futbolçu oyun zamanı dünyasını dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əlcəzair klubu "Molodiya Sayda"nın kapitanı Sofiyan Lokar dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, futbolçunun matçın ortasında ürəyi tutub. Hadisə Əlcəzairin 2-ci liqasında keçirilən "Molodiya Sayda" - "Oran" qarşılaşması zamanı baş verib.
30 yaşlı Lokar oyun zamanı qəfil yerə yıxılıb. Onun infarkt keçirdiyi aşkarlanıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Əlcəzairli azarkeşlər kapitanları üçün yas tutarkən onun bir həftə əvvəl evləndiyi üzə çıxıb.
Ötən gün xorvatiyalı futbolçu Marin Çaçiçin də eyni səbəbdən ölüm xəbəri yayılmışdı.
Səbuhi Həsənov