Xəbər lenti

Futbolçu qol vurdu: Stadion yıxıldı - VİDEO
İdman07:04 03.05.2014

Futbolçu qol vurdu: Stadion yıxıldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya La Liqaanın 36-cı turunda qeyr-adi bədbəxt hadisə baş verib. 

Anspress-in məlumatına görə, "Atletik Bilbao" öz meydanında "Rayo Vallyekano" ilə qarşı-qarşıya gəlib. Mübarizənin 30-cu dəqiqəsində Oskar de Markosun "Rayo Vallyekano" qapısına göndərdiyi topdan sonra meydançada qorxu dolu onlar yaşanıb. Belə ki, qoldan sonra coşan azerkeşlər bilmədən tribunanın qarşısındakı baryeri aşırdıblar. 

Nəticədə bəzi azarkeşlər tribunadan çölə yıxılıblar. Hadisə zamanı qısa bir müddət azerkeşlər arasında çaxnaşma yaranıb. Hətta futbolçular da azərkeşlərə kömək etməyə çalışıblar. Maç bir müddət dayandıqdan sonra davam etdirilib. 

Qeyd edək ki, mübarizəni "Athletik Bilbao" 3-0 qazanıb və liqada 4-cü siradakı yerini möhkəmləndirib. 

Qaynar.info