Xəbər lenti

Futbolçu "Neftçi"dən getdi
İdman08:38 07.06.2013

Futbolçu "Neftçi"dən getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Rubio"nun paytaxt klubu ilə danışıqları uğursuz nəticələnib

“Neftçi” ilə Azərbaycan çempionu adını qazanan Erik Ramos paytaxt klubu ilə yollarını ayırmalı olub. Bu barədə "azerisport.az" saytı məlumat yayıb. Məlumata görə, buna səbəb paraqvaylı futbolçunun məxsus olduğu “Rubio” klubunun Azərbaycan çempionundan daha çox pul tələb etməsidi.

Qeyd edək ki, Ramos ötən mövsümü “Neftçi”də icarə əsasında keçirib. Paytaxt klubu mövsüm başa çatan kimi, çempion heyəti qorumaq üçün Eriki də heyətdə saxlamağa çalışsa da, bu yöndə aparılan danışıqlar uğursuz yekunlaşıb.

“Rubio” “Neftçi”dən Ramosun transferinə görə 350 000 dollar tələb edib. Lakin Azərbaycan çempionu güzəştə getməyib.

Qaynar.info