Xəbər lenti

Futbolçu yerə yıxılan rəqibin üzünə təpiklə ağır xəsarət yetirdi (FOTO)
İdman10:57 04.01.2022

Futbolçu yerə yıxılan rəqibin üzünə təpiklə ağır xəsarət yetirdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin həvəskar komandalardan ibarət liqasında xoşagəlməz hal yaşanıb.
Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, sözügedən liqada baş tutan "Hürriyetspor" - "Kuştəpə Gençspor" matçında meydan sahiblərinin futbolçusu Talha Nazlı yerə yıxılan rəqibini təpikləyib. Hadisə görüşün 40-cı dəqiqəsində baş verib. Kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılan Nazlı yerə yıxılan Umut Karakaşın üzərinə yeriyib və onun üzünə təpik zərbəsi endirib. Zərbədən sonra futbolçunun çənə, yanaq sümüyü və burnunda qırıqlar, sol gözünün altında 2 sm-lik yırtıq yaranıb. Ağır xəsarətlərdən sonra meydanda huşunu itirən oyunçu ilk tibbi müdaxilənin ardından Babaeski Dövlət Xəstəxanasına, oradan isə Ədirnədəki Trakya Universitetinin tibbi korpusuna köçürülüb və əməliyyat olunub.
"Kuştepe Gençspor"un idarə heyətinin üzvü İbrahim Meriç hadisədən kədərləndiklərini bildirib və klubun məhkəməyə müraciət etdiyini, artıq cinayət şi ilə bağlı proseslərin başladığını deyib. 
"Hürriyetspor"un prezidenti Ersin Uyanık isə matçdan sonra sosial media hesabından açıqlamasında futbolçunun təpiklənməsini təəssüflə pislədiklərini bildirərək üzr istəyib.
Səbuhi Həsənov