“Mançester Yunayted”li futbolçuları daşıyan təyyarə Köln hava limanına enmə zamanı problem yaşayıb.
“Qafqazinfo” xəbər verir ki, təyyarə eniş edərkən enmə zolağında başqa bir təyyarə olub. Bunu görən pilot dərhal təyyarəni havaya qaldırıb. O, ikinci cəhddən sonra uğurlu eniş edə bilib.
Xatırladaq ki, “Çempionlar Liqa”sı qrup mərhələsi çərçivəsində bu gün “Mançester Yunayted” “Bayer Leverkuzen”lə qarşılaşacaq.