Xəbər lenti

Futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verildi
İdman19:33 11.06.2020

Futbolçulara bir mövsümdə üç klubda oynamağa icazə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FİFA futbolçulara bir mövsüm ərzində 3 klubda oynamağa icazə verib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, müvəqqəti icazədir. Koronavirus pandemiyası ilə əlaqədar oyunçuların işsizlik riskini azaltmaq üçün bu qərar verilib. Müvəqqəti dəyişiklik artıq qüvvəyə minib.
Qeyd edək ki, buna qədər FİFA qaydalarına əsasən, futbolçu mövsüm ərzində yalnız iki klubda rəsmi oyunlara çıxa bilərdi.