Xəbər lenti

Futbolçuların qazancının yarısı əllərindən alındı
İdman06:29 21.09.2013

Futbolçuların qazancının yarısı əllərindən alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya çempionatında top qovan ulduz futbolçular qazandıqlarının yarısını dövlət büdcəsinə verəcəklər.

Qaynar.info xəbər verir ki, İspaniya hökumətinin qəbul etdiyi yeni vergi qanununa görə, ölkə çempionatında çıxış edən əcnəbi futbolçular 52 faiz vergi vermək məcburiyyətində qalacaqlar.

Yeni qanun ilk növbədə 100 milyon avroya "Real Madrid"ə transfer olunan Baleyə təsir göstərib. İlinə 14 milyon avro alan uelsli futboçu qazancının 52 faizini, təxminən 7 milyon avronu dövlət büdcəsinə verəcək.

"Real Madrid"lə yeni müqavilə imzalayan Kriştiano Ronaldo da illik aldığı 21 milyon avronun 10 milyonunu vergi ödəcəyəcək.

Ronaldo əvvəlki müqaviləsini vergi cənnəti sayılan Madeyra adasındakı qanunlara görə, imzaladığı üçün aldığı maaşın 24.75 faizini İspaniya büdcəsinə verirdi.

Qaynar.info