Xəbər lenti

Futbolçunu klubda cangündən zənn etdilər
İdman06:32 03.02.2022

Futbolçunu klubda cangündən zənn etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Liqa 1 komandalarından "Sent-Etyen"də çıxış edən Joris Qnaqnon artıq çəkisi ilə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, keçən yay "Sevilya"dan ayrılan və bir müddət futbolsuz qaldıqdan sonra Fransada "Sent-Etyen"lə anlaşan Qnaqnon 20 kiloqram artıq çəki ilə komandaya qoşulub.
Fransa mətbuatında çıxan xəbərlərə görə, komanda yoldaşı onu klubun binasında görəndə yeni cangüdən olduğunu zənn edib.
25 yaşlı müdafiəçi ona verilən proqram çərçivəsində arıqlamağa başlasa da, tam formaya düşə bilməyib. Bu səbəbdən "Sent-Etyen” qış ​​transfer dönəmində "Mançester Siti”nin sabiq müdafiəçisi Eliaquim Manqalanı heyətinə qatıb.
Fransada doğulan Qnaqnon ölkəsinin müxtəlif yeniyetmələrdən ibarət milli komandalarında çıxış edib.
 
Səbuhi Həsənov