Novxanı qəsəbəsində yeniyetmə futbolçunun ölümündə təqsirləndirilən Fəxrəddin Bəşirov əfv edilib.
Bu barədə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamda bildirilib. Sərəncama görə, F.Bəşirov cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Xatırladaq ki, 2019-cu ildə Sumqayıt şəhər sakini Fəxrəddin Asif oğlu Bəşirov idarə etdiyi "Isuzu" markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Ayxan Qasımov və Rasim Bayramovu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
F.Bəşirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt" futbol klubunun U-15 komandasında çıxış edirdi.//Oxu.Az
Şərhlər