
Türkiyənin "Amed Sportiv Fəaliyyətlər" klubunun futbolçusu Abdullah Çətin Diyarbəkirin Lice bölgəsində PKK terror qruplaşmasına zərbə vuran əməliyyata diqqət çəkmək məqsədi ilə Kalaşnikov avtomatı ilə şəkil çəkdirib.
Qaynarinfo.az xəbər verir ki, onun bu şəkli öz "İnstaqram" səhifəsində paylaşması və "Lice yenilməz" sözlərini yazması narazılıqlara səbəb olub. Bundan sonra həmin şəkil silinib.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi Abdullah Çətin əvvəllər kürdlərə məxsus olan "Diyarbəkirspor", "Mardinspor" və "Şanlıurfaspor" klublarında çıxış edib.
Qaynarinfo.az