Xəbər lenti

Futbolçunun evinə oğrular girdi, həyat yoldaşını...
İdman09:24 20.12.2023

Futbolçunun evinə oğrular girdi, həyat yoldaşını...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin qapıçısı Aleksandr Letelye və ailəsi evinə soxulan oğrular tərəfindən bıçaqla hədələnib.
Qaynarinfo-nun məlumatına görə, 33 yaşlı futbolçu, həyat yoldaşı Xloe, altı və iki yaşlı iki uşağı onlardan pul və qızıl-zinət əşyaları tələb edən dörd oğrunun təhdidi ilə üzləşərək dəhşətli anlar yaşayıb. Fransa mətbuatında çıxan xəbərə görə, basqın zamanı Letelyenin həyat yoldaşına üzünə zərbə endirilib.
Cütlük gecə saat 02:00 radələrində Paris yaxınlığındakı Yvelinesdəki evlərinin bağçasına oğrular girdikdən sonra çalınan həyəcan siqnalına oyanıblar. Onlar dərhal polisə müraciət ediblər. Lakin cinayətkarlar futbolçunun evinə daxil olaraq ailəni bıçaqla hədələyib. Buna baxmayaraq tezliklə hadisə yerinə gələn polis dörd cinayətkardan üçünü (biri 21, ikisi 16 yaş) yaxalayıb. Oğrular Versal polisi tərəfindən saxlanılıb. Polis əməkdaşlarından biri cinayətkarları saxlayarkən dizindən xəsarət alıb. "RMC"də yer alan məlumata görə, hadisə yerindən bıçaq, şübhəlilərin üzərində isə evdən oğurlanmış müxtəlif əşyalar tapılıb.
Letellier hazırda Canluici Donnarumma və Keylor Navasdan sonra PSJ-nin üçüncü qapıçısıdır. 2020-ci ildə Paris klubuna transfer olunan qapıçı komandasında cəmi iki dəfə meydana çıxıb. Karyerasına "Park des Princes"də başlayan Letelye, "Anje"də də çıxış edib.
Şənbə günü "Mançester Siti”nin ulduzu Kevin De Bruynenin də Belçikadakı 70 hektarlıq villası oğruların hədəfinə çevrilib. Basqın zamanı futbolçu, həyat yoldaşı Mişel və üç uşağı evdə olmayıb. Belçika xəbər kanalı HLN, əşyaların götürüldüyünü, lakin əlavə təfərrüatların olmadığını bildirib.
Səbuhi Həsənov