Xəbər lenti

Futbolçunun sifətini daşla yaraladılar (VİDEO)
İdman07:14 05.04.2024

Futbolçunun sifətini daşla yaraladılar (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Penyarol"un futbolçusu Maksi Oliveyra xoşagəlməz halla üzləşib.
Qaynarinfo-nun məlumatına görə, "Libertadores Kuboku”nda baş tutan "Rosario Sentral” - "Penyarol” matçında Oliveyra rəqib azarkeşlər tərəfindən atılan daşın qurbanı olub. 
Vəhşi və qanlı hücum "Penyarol”un oyunçularının öz azarkeşlərini salamlamağa gedərkən baş verib. Bu zaman rəqib tərəfdarlar tribunalardan əşyalar və daşlar atmağa başlayıb. Daşlardan biri Oliveyranın yanaq sümüyünə tuş gəlib və futbolçu üzündən ciddi zədə alıb. Qəzəblənən uruqvaylı oyunçu hücumdan sonra "Rosario Sentral”ın azarkeşləri ilə mübahisə edib. Yalnız komanda yolaşları Quzman Rodriges, Sepillo Qonzales və Qaston Ramires tərəfindən paltardəyişmə otağına aparılıb. 
Matça təyin olunan nümayəndə Xulio Troçanski oyundan sonra həmin hadisələrə dair açıqlamasında, "Maxi bir anlıq huşunu itirdi. "Rosario Sentral” azarkeşləri tərəfindən ona daş atıldı" - deyib.
"Penyarol”un digər futbolçusu Lukas Hernandez, "Hər oyunda olduğu kimi, xalqımızı salamlamağa getdik, onlara bura gəldikləri, bizi ruhlandırdıqları və dəstəklədikləri üçün təşəkkür edirik. "Rosario Sentral”ın əhalisi əsəbləşdi və bir az gərginləşdi. Ümid edirik ki, bu, bir daha təkrarlanmayacaq. Çünki təkrarlanması heç yaxşı deyil. Bir oyunçu zədələndi. Ümid edək ki, ciddi bir şey yoxdur və o tezliklə sağalacaq. Bu, çox çirkin hərəkətdir, ümid edirik ki, bir daha təkrarlanmayacaq" - söyləyib.
Maksi Oliveyra oyundan sonra yaralarını müalicə etmək və müxtəlif testlərdən keçmək üçün tibb mərkəzinə köçürülməli olub.
Qarşılaşma "Rosario Sentral”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi Həsənov