Xəbər lenti

Futbolçuya qarşı irqçilik edən azarkeşə ağır cəza - 3 il
İdman06:31 15.03.2023

Futbolçuya qarşı irqçilik edən azarkeşə ağır cəza - 3 il

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqa təmsilçilərindən "Brentford"un hücumçusu İvan Toniyə irqçi mesajlar göndərən Antonio Neill haqqında qərar çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, fanatın ölkədəki bütün stadionlara, yerli və beynəlxalq matçlara girişinə 3 il müddətinə qadağa qoyulub. Yanvarın 25-də məhkəmə qarşısına çıxarılan Neill Premyer Liqa, Çempionşip, eləcə də aşağı liqalara, Birinci Divizion, İkinci Divizion və Milli Liqada keçirilən bütün oyunlarda 3 il müddətinə iştirak edə bilməyəcək.
"Sky News"in məlumatına görə, Toni oktyabr ayında keçirilən "Brentford" - "Brayton" matçında rəqib qapısından 2 top keçirəndən sonra ona irqçi mesajlar gəlməyə başlayıb. Futbolçu sosial media hesablarında ona göndərilən mesajları paylaşdıqdan sonra araşdırmaya başlayan polis irqçilik edən azarkeşi Blit şəhərində yaxalayıb. Günahını etiraf edən Neill bu müddət ərzində İngiltərə millisinin də oyunlarını stadiondan izləyə bilməyəcək.
Bütün bunların əvəzində Neillə təhqiredici mesajlara görə verilən dörd aylıq həbs cəzası təxirə salınıb.
Səbuhi Həsənov