Futbolçuların xarakeri, əzmkarlığı, qətiyyəti və yaradıcılığı onlara siyasi arenaya keçməyə kömək edə bilər. Bir çox futbolçuların məhz buna meyli olur. Yaxud da bu, onların uğuru, populyarlığı və idman dünyasındakı yüksək nüfuzu sayəsində də ola bilər. İnsanlar müxtəlif səbəblərə görə siyasi nərdivanı qalxıblar və tarixdə peşəkar karyeralarını bitirdikdən sonra ölkə prezidenti olan futbolçu nümaunələri az deyil.
Peşəkar və ya yarı peşəkar futbolla məşğul olan prezidentləri xatırlayaq.
Viktor Orban (Macarıstan)
Futboldan zövq alan eyni zamanda baş nazir olmaq istəyənlər üçün Orban əsl nümunədir. O, Macarıstanın baş naziri vəzifəsini icra edərkən, dünyanın ən qabaqcıl akademiyalarından olan Ferens Puşkaş Futbol Akademiyasını yaratmaq üçün Zepp Blatter ilə əməkdaşlıq edib. Ancaq buna qədər o, doğma şəhərini təmsil edən "Felcsut"da peşəkar şəkildə futbol oynayıb. Sonradan isə həmin klubun prezidenti olub.
Evo Morales (Boliviya)
Onun jurnalistlərə, nüfuzlu şəxslərə və ya tam peşəkarlara qarşı oynamasının fərqi yoxdur; Evo Morales futbol fanatıdır. O, əllərini çirkləndirməkdən qorxmur. Adam hətta Boliviyanın ən yüksək zirvəsində, dəniz səviyyəsindən 6050 metr yüksəklikdə oynayıb və əylənmək üçün meydana çıxarkən burnunu sındırıb. Boliviya prezidenti vəzifəsində çalışarkən Morales ölkənin ən yüksək səviyyəli "Sport Boys" komandasında oynamaq üçün qeydiyyatdan keçmişdi.
Rəcəb Tayyib Ərdoğan (Türkiyə)
Hazırda Türkiyə prezidenti olan Ərdoğan karyerasının əvvəlində böyük məharətlə futbol oynayırdı. Birvaxtlar Türkiyə nəhəngi "Fənərbağça" onu doğma komandası, hazırda "Kasımpaşa"da oynayarkən heyətinə qatmağa çalışıb. Ancaq atası buna mane olub. Qalanı isə tarixdir.
Klement Attlee (Birləşmiş Krallıq)
Ola bilsin ki, ümumi seçkilərdə Uinston Çörçilə qalib gəldikdən sonra 1950-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri olmuş Klement Atli öz dövrünün ən yaxşı siyasətçiləri sırasındadır. Siyasətə qarışmazdan əvvəl isə o, Futbol Liqasında "Fleet Town"un qeyri-rəsmi futbolçusu idi. 1923-cü ildə xalasının köhnə evində yaşayan gələcək baş nazir klubda oynayırdı. Həyatı boyu Attlee futbolla fəal şəkildə maraqlandı. Bununla yanaşı hakim kimi xidmət edən keçmiş futbolçu, kollec komandalarında məşqçi kimi də fəaliyyət göstərirdi.
Corc Vea (Liberiya)
Ölkənin ən böyük futbolçularından olan Corc Vea 2005-ci ildə Liberiyanın prezidenti olmaq üçün ilk müraciətini edib. Ancaq bunun üçün lazımi təhsilə malik olmadığı barədə məlumat verildikdən sonra "Milan", "Çelsi" və PSJ-nin keçmiş hücumçusu ABŞ-da dərəcə almağa qərar verir. Prezidentliyə ikinci cəhdindən sonra o, 2014-cü ildə Liberiya senatına seçildi və 2018-ci ilin yanvarında ölkə lideri təyin olunana qədər burada çalışdı. Vea 2024-cü ilə qədər Liberiya prezidenti səlahiyyətlərini icra edəcək.
Səbuhi Həsənov