Xəbər lenti

Futzal millimizin 3 üzvü koronavirusdan sağalıb Azərbaycana döndü
İdman12:17 05.02.2022

Futzal millimizin 3 üzvü koronavirusdan sağalıb Azərbaycana döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderlandda keçirilən AÇ-2022-nin final mərhələsində iştirak edən futzal millimizin koronavirusa görə Azərbaycana tam heyətlə qayıtmadığını bildirmişdik. Millinin 8 üzvünün testinin pozitiv çıxdığı üçün Amsterdamda, elə komandanın məskunlaşdığı oteldə karantinə alınmışdılar. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə təcrid olunmuş nümayəndələrdən artıq bir neçəsi vətənə qayıdıb. Menecer Fərrux Hüseynzadə, məşqçi Ağakərim Həsənov və masajçı Əhməd Əhmədovun testi neqativ nəticə verdiyindən Azərbaycana dönmələrinə şərait yaradılıb. Digərlərinin - həkim Fuad Səfərov, məşqçi Hacıbala Abdullazadə, futzalçılar Xətai Bağırov, Emin Kürdov və Felipinyonun isə karantin müddəti bu gün başa çatacaq. Onların iş həftəsinin ilk günündə test verəcəkləri gözlənilir. Karantində qalanların durumunun yaxşı olduğu bildirilib.
Səbuhi Həsənov