Xəbər lenti

Futzal millimizin bütün üzvləri Niderlanddan qayıtdı
İdman10:15 08.02.2022

Futzal millimizin bütün üzvləri Niderlanddan qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Niderlandda keçirilən AÇ-2022-nin final mərhələsində iştirak edən futzal millimizin bütün üzvləri Azərbaycana qayıdıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə son COVİD-19 testləri neqativ nəticə göstərən həkim Fuad Səfərov, məşqçi Hacıbala Abdullazadə, futzalçılar Xətai Bağırov, Emin Kürdov və Felipinyonun karantin müddəti başa çatdığından onların Azərbaycana qayıtmasına şərait yaradılıb.
Final mərhələsindən sonra millimizin 8 üzvünün testi pozitiv nəticə göstərdiyi üçün Niderlandın paytaxtı Amsterdamda elə komandanın məskunlaşdığı oteldə qalmışdılar. Bir neçə gün öncə onlardan üçü - menecer Fərrux Hüseynzadə, məşqçi Ağakərim Həsənov və masajçı Əhməd Əhmədov ölkəyə qayıtmışdı. Digərləri isə fevralın 6-dan etibarən vətənə dönüb. 
Niderlandda keçirilən AÇ-2022-nin final mərhələsində iştirak edən yığmamız qrupda İspaniya, Gürcüstan, həmçinin Bosniya və Hersoqovina ilə mübarizə aparıb. Gürcülərə məğlub olan (2:3) millimiz, ispanlarla heç-heçə (2:2) edib, Bosniya və Hersoqovinanı 4:2 hesabı ilə məğlub edib.
Səbuhi Həsənov