Xəbər lenti

Futzal millimizin üzvlərindən ikinci dəfə test götürüldü
İdman13:04 29.01.2022

Futzal millimizin üzvlərindən ikinci dəfə test götürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün koronavirus testi müsbət çıxan futzal millimizin 4 üzvü yenidən yoxlanışdan keçib.
Qaynarinfo Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli futzalçılar Emin Kürdov və Xətai Bağırovda nəticə növbəti dəfə pozitiv çıxıb və hər ikisi bugünkü matçda iştirak etməyəcək. Onlar 7 gün karantində qalacaq.
Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə düzgün aparılmadığına görə, onlardan yenidən PCR test götürülüb. Yaxın vaxtlarda bu testlərin də cavabları müəyyənləşəcək.
Səbuhi Həsənov