Xəbər lenti

Füzuli Adıgözəlov məhkəmədən nə istəyir?
Ekonomiks 18:04 23.10.2024

Füzuli Adıgözəlov məhkəmədən nə istəyir?

Bu ilin sentyabr ayında yenidən həbs edilən "Güllübulaq" MMC-nin rəhbəri Füzuli Adıgözəlov Ali Məhkəməyə müraciət edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, işə Ali Məhkəmənin hakimiƏləsgər Novruzovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, 10 illik həbsdən bəraət almış şirkət rəhbəri ötən ayın 4-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin qərarı ilə yenidən 5 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, "Güllübulağ"ın rəhbəri ilk dəfə 2020-ci ildə həbs edilib. Adıgözəlovun şirkəti 2011-2015-ci illərdə Türkiyədən müxtəlif məhsullar idxal edib. "Güllübulağ"a  məxsus 1 milyon 885 min manat hesabına həmin malların dəyərini və gömrük rüsumlarını ödəyib, lakin malların satışından əldə etdiyi gəlirdən "Erbi-H" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəniş etməyib. O, həmçinin 2011-2015-ci illər ərzində 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmaqda ittiham olunub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->