Xəbər lenti

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı
Ölkə06:16 25.06.2022

Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzulidə xeyli sayda silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər.
Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.